İşdən çıxarılan başçı əməkdaşlara   görün nə edirmiş... - YENİ FAKT

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarılan başçı əməkdaşlara görün nə edirmiş... - YENİ FAKT

Siyasət

30 Dekabr 2025 18:30 13884


Xəbər verdiyimiz kimi, Elxan İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun paytaxtın Nəsimi rayonuna rəhbərlik etməsi 47 gün çəkib.

"Yeni Sabah" Metbuat.az-a istinadən xəbər verir ki, sabiq icra başçısı ilə bağlı maraqlı məlumat əldə edib. Məlum olub ki 43 yaşlı keçmiş başçıdan təkcə Nəsimi rayonu ərazisində fəaliyyət göstərən iş adamları şikayətçi olmayıb. Tabeliyində çalışan əməkdaşlar da Elxan İbrahimovdan narazılıq ediblər. Buna səbəb onun Nəsimi Rayon İcra Hakimiyyətində və tabe qrumlarda çalışan əməkdaşlarla kobud davranması göstərilir.

Məlumatlara görə, Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimyyətində vəzifə tutan əksər əməkdaşlardan ərizə yazıb könüllü şəkildə işdən getməyi tələb edib. Onun işdən çıxmasını istədiyi şəxslərin siyahısında icra başçısının müavinlərinin, şöbə müdürlərinin, sektor müdürlərinin adları olub. Keçmiş başçı təyinatın ertəsi günü həmin şəxsləri ərizə yazmağa məcbur edib. Əməkdaşlar bu tələbə boyun əymədiyi üçün tərəflər arasındakı narazılıq qarşıdurma həddinə çatıb. Marqarita pizza

Elxan İbrahimovun cəmi 47 gün sonra vəzifəsini itirməsində bu amilin xüsusi rol oynadığı bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bəhruz Muradov
    Adi texniki işçini işə götürərkən bir neçə mərhələdən keçirib hərtərəfli yoxlanmadan keçirirlər,bəs icra başçıları hansı mərhələdən keçirirlər
    5 months ago