İşdən çıxarılan general haqda   maraqlı məlumatlar - 48 yaşında diplom alıb...

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarılan general haqda maraqlı məlumatlar - 48 yaşında diplom alıb...

Siyasət

21 Yanvar 2022 18:23 21200


Vəzifəsindən kənarlaşdırılan Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nizami Məmmədov 48 yaşında diplom alıbmış.

Yenisabah.az xəbər verir ki, bu barədə general-leytenantın tərcümeyi-halında qeyd edilib.

Nazim Məmmədov 1951-ci ildə anadan olub. 1999-cu ildə isə Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin hüquq fakultəsini bitirib. 1999-cu ildə general-leytenantın 48 yaşı olub. Onun bundan əvvəl hansısa ali məktəbi bitirməsi barədə tərcümeyi-halında hər hansı qeyd yoxdur. Sezar pizza

Nazim Məmmədov universiteti 1999-cu ildə bitirməsinə bamayaraq, 1995-ci ildən Dövlət Gömrük Komitəsində çalışıb. Həmin vaxt qurumun sədri indiki Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olub.

2007-ci ildə isə Nazim Məmmədov DGK sədrinin müavini təyin olub və general-leytenant rütbəsi alıb.

Mediada gedən bəzi məlumatlara görə, Nazim Məmmədov vaxtilə Kəmaləddin Heydərovun sürücüsü olub. Onun baytarlıq işçisi olduğu barədə də məlumatlar var.

Qeyd edək ki, Nazim Məmmədovun işdən çıxarılması barədə xəbəri Qaynarinfo yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!