İşdən çıxarılan rəisi Vasif Talıbovla nə bağlayır?

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarılan rəisi Vasif Talıbovla nə bağlayır?

Siyasət

01 Mart 2023 18:54 2834


Naxçıvan Muxtar Respublikası (MR) Sədərək Gömrük Postunun keçmiş rəisi Nicat Mahmudov sabiq Ali Məclis sədri Vasif Talıbovun yaxın çevrəsinə daxil olan şəxslərdəndir. 

Yenisabah.az xəbər verir ki, bu gün vəzifədən azad olunan Nicat Mahmudovun bu vəzifəyə təyinatında da keçmiş Ali Məclis sədrinin müstəsna rolu olub. Məlumat üçün deyək ki, o, bu posta 2018-ci ildə təyin edilib.

Nicat Mahmudovun qardaşı Rifat Mahmudov isə “Naxçıvanbank” ASC Müşahidə Şurasının üzvlərindən biri idi. Bəzi iddialara görə, o, bankın səhmdarları sırasında da yer alır. pizza

Vasif Talıbov işdən çıxarılan kimi “Naxçıvanbank” ASC-də “təmizləmələr” başladı. Bu prosesdə Rifat Mahmudov da ilk işdən çıxarılanlardan oldu.

İddia olunur ki, Nicat Mahmudovun işdən çıxarılmasından sonra Sədərk Gömrük Postunda yoxlamalara başlanılacaq.

Qaynarinfo bir neçə gün əvvəl məlumat yaymışdı ki, Dövlət Gömrük Komitəsinə sədr təyinatından sonra qurumda ciddi islahatların həyata keçirilməsi gözlənilir. Nicat Mahmudovun işdən çıxarılması prosesin başlanğıcı hesab edilə bilər.

Qeyd edək ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub.//Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!