İşdən çıxarıldığı deyilən fəhlə: “Birinci gün işdə olacağam“

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarıldığı deyilən fəhlə: “Birinci gün işdə olacağam“

Xalqın səsi

10 Aprel 2020 22:12 1165


Sosial şəbəkələrdə videoçıxışı yayılan Taleh Bəşirov işdən azad edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Report”a açıqlama verən T.Bəşirov bildirib ki, onun işdən çıxarılması ilə bağlı yayılan məlumatlar düzgün deyil:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və iş yerimdən də mənimlə əlaqə saxladılar. Yəni, işdən çıxarılmamışam. Həftənin birinci günü də işdə olacağam. Sadəcə olaraq mənim işim ağır işdir”.  Toyuqlu pizza

Qeyd edək ki, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də Taleh Bəşirovun işdən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatların əsassız olduğu barədə məlumat yayıb.

Bildirilib ki, Taleh Bəşirovun işdən çıxarılması ilə bağlı məlumat yayılandan sonra bu gün səhər Nazirlikdən onu işə götürən tikinti şirkəti ilə (“Maximus” MMC) əlaqə saxlanılıb. Talehin heç bir halda işdən çıxarılmaması tövsiyə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!