Bakının Suraxanı rayonu ərazisində yerləşən 22 saylı Təcili Yardım Stansiyasının işdən çıxarılan sürücülərindən biri - Arif Babayev hadisə ilə bağlı açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, movqe.az-a danışan sürücü deyib ki, əslində sözügedən video ilə bağlı üç yox, Təcili Yardım Stansiyasının beş əməkdaşı işdən çıxarılıb: "Biz avtomobilin nasazlığını yoxlamaq məqsədilə dövrə vururduq. Bu zaman Təcili Yardım Stansiyasının tibb bacısı Firəngiz Nəzərova ortada dayanaraq şəklinin çəkilməsini istəyib. Həmin an səhvən video çəkilib. Bizim orada bir günahımız olmayıb. Rəhbərlik isə bunu Təcili Yardım adına təhqir kimi qiymətləndirərək məni, Təcili Yardım Stansiyasının digər sürücüləri Zairov Natiqi və Nəbiyev Natiqi işdən azad etdi. Eyni zamanda tibb bacısı Nəzərova Firəngiz və həmin videonu instaqramda paylaşan dispetçer tibb bacısını da işdən ağır maddə ilə, Əmək Məcəlləsinin 70 və 72 maddələri ilə azad etdilər. Mən 16 ildir ki, Təcili Yardım Stansiyasında məsuliyyətlə çalışıram. Digər sürücülər də 10-12 ildir ki, bu sistemdə çalışırlar".
O, bildirib ki, tibb bacıları buna görə məhkəməyə müraciət ediblər: "Biz isə cənab nazir Oqtay Şirəliyevin bu məsələyə humanist yanaşmasına ümid bəsləyirik. Çünki, hər zaman çağırışlara operativ şəkildə yetişərək təcili tibbi yardımın göstərilməsinə çalışmışıq". pizza
Telegram kanalımız