İşə düzəltmə adı altında 100-dən çox vətəndaşın pulunu mənimsəmə

saytların hazırlanması

Evə çatdırılma

İşə düzəltmə adı altında 100-dən çox vətəndaşın pulunu mənimsəmə

Kriminal

16 Sentyabr 2024 12:25 614


Xəzər Rayon Polis İdarəsinə paytaxt ərazisində müxtəlif vaxtlarda 100 nəfərdən artıq şəxsin aldadılaraq külli miqdarda maddi vəsaitlərinin mənimsənilməsi barədə şikayətlər daxil olub.

Yenisabah.az Dİn-ə istinadla xəbər verir ki, dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 36 yaşlı Zahid Muradov və 33 yaşlı Nailə Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırmalarla müəyyən olunub ki, Z.Muradov və N.Məmmədova ilk olaraq “whatsapp” sosial şəbəkəsində saxta “işə düzəltmə” səhifələri yaradıblar. Özlərini vətəndaşlara səlahiyyətli şəxslər kimi təqdim edərək onlarda inam formalaşdırıblar. Sonrakı müddətdə isə həmin şəxsləri müxtəlif idarələrdə işlə təmin edəcəkləri adı altında aldadaraq zərərçəkənlərin pul vəsaitlərini ələ keçiriblər. Dominos pizza

Faktlarla bağlı cinayət işi başlanılıb, Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!