Mətbuatda Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq səfir İsfəndiyar Vahabzadə müxalifətə keçməsi ilə bağlı xəbərlər yer alıb. Qeyd edilir ki, İsfəndiyar Vahabzadə Qarabağ Komitəsinin sabah keçirilməsi nəzərdə tutulan xüsusi iclasına da qatılacaq.
Məsələ ilə bağlı Qarabağ Komitəsinin təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, Qarabağ Komitəsinin İdarə Heyətinin bəzi üzvləri ilə İsfəndiyar Vahabzadənin görüşü olub:
“Görüşdə Qarabağ Komitəsinin fəaliyyəti, gördüyü və görmək istədiyi işlər və ümumiyyətlə Qarabağ ətrafında baş verən hadisələr, danışıqlar barədə söhbət aparılıb. Eyni zamanda İsfəndiyar bəy Qarabağ Komitəsinin növbəti iclasına xüsusi çıxışçı qismində dəvət edilib. Məndə olan məlumata əsasən, İsfəndiyar Vahabzadə bu dəvəti qəbul edib və sabahkı iclasımızda xüsusi çıxışla qonaq qismində iştirak edəcək. Hələlik onun QK-nə üzvlüyü barədə müzakirə aparılmayıb. Təbii ki, onun belə bir arzusu və istəyi olarsa, biz məmnuniyyətlə İsfəndiyar bəyi komitənin üzvlüyünə qəbul edərik”. Pepperoni pizza
T. Abbaslı qeyd edib ki, kimliyindən asılı olmayaraq hər hansı kiminsə Qarabağ Komitəsində çıxış etməsi və hətta komitənin üzvü olması onun müxalifət düşərgəsinə keçməsinə dəlalət etmir:
“Çünki Qarabağ Komitəsi nə iqtidar, nə də müxalifət qurumu deyil. Bu komitə ümumxalq təşkilatıdır və yeganə hədəfi var, o da Qarabağın azadlığı. Biz İdarə Heyətinin üzvləri bunu dəfələrlə bəyan etmişik. Hətta bu komitənin işinə iqtidar partiyası nümayəndələri də dəvət olunublar. O zaman bu məntiqlə belə çıxır ki, onlar da komitənin işində iştirak etsəydilər, onlar da müxalifət olacaqdılar? Bizim üçün Qarabağ məsələsində iqtidar-müxalifət anlayışı yoxdur. QK-nın Qarabağdan başqa heç bir siyasi hədəf və məqsədi də yoxdur. Odur ki, bu məsələləri belə konteksdən yanaşmaq kökündən yanlışdır. Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, Qarabağ məsələsində öz tövhəsini versin və bu zaman heç bir başqa məqsəd güdməsin”.
Günay Rəsulqızı
Telegram kanalımız