İsgəndər Həmidov Qarabağ Komitəsindən istefa verdi

İsgəndər Həmidov Qarabağ Komitəsindən istefa verdi

Digər Veb saytların hazırlanması

14 Fevral 2019 02:57 1220


Qarabağ Komitəsinin bu gün keçirilən iclasında qurumun təsisçilərindən olan sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidov və Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu istefa veriblər.

İ.Həmidov təşəbbüsü ilə yaradılan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsi tipli komitənin yaradılmasını daha məqsədəuyğun sayıb. Onun çıxışı birmənalı qarşılanmayıb. Komitə təmsilçiləri onsuz da belə bir komitənin olduğunu bildiriblər. İstefasını açıqlayan sabiq nazir belə bir qurumu hərəkat daxilində yaradacaqlarını da qeyd edib.

GAP sədri A.Şakiroğlu “Qarabağa azadlıq” mitinqinin icazəsiz keçirilməsini təklif edib. Onun təklifi keçməyib və bu səbəbdən GAP komitəni tərk edib.

Musavat.com

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!