Sabiq daxili işlər naziri İsgəndər Həmidovun Şəkidə saxlanıldığı xəbəri yayılıb.
Bununla bağlı “Yeni Sabah” İ.Həmidovla əlaqə yaradıb. O bildirib ki, Şəkiyə hüzr yerinə gedərkən polis bölməsinə aparılıb:
“Qulağımızdan tutub polis bölməsinə apardılar. Məni Bakıdan Şəkiyə polis bölməsinə çağırmayıblar ki? Qabağımı kəsib bölməyə aparıblar. Bizi çox “gözəl” qarşıladılar- “gül-çiçəklə, çələnglə”. “Xoş gəlib, səfa gətirmisən” dedilər. Bakıya qayıtmağımızı istədilər. pizza mizza
Geri qayıdanda bizi rəisin yanına da çağırdılar və Şəkiyə hüzr yerinə getməyimizə icazə verdiklərini bildirdilər. Hansı yoldan gedəcəyimizi soruşdular , mən də islah olunmuş Azərbaycan vətəndaşı kimi Şəkidən İsmayıllıya, daha sonra Bakıya qayıdacağımızı dedim. Rəisə söz verdim ki, gələn dəfə Şəkiyə gedəndə Amerika səfirliyindən viza alacam”.
Günay Rəsulqızı
Telegram kanalımız