“İŞİD-in, ümumiyyətlə, kim tərəfindən yaranması məsələsinə nəzər yetirilməlidir. Çünki ABŞ-ın birinci, ikinci şəxslərinin İŞİD-i özlərinin yaratdığını deməsi bir növ söhbəti açır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Azər Qasımov deyib.
O, İŞİD-çilərin İranda törətdiyi terror aktını şərh edib: Dominos pizza
“Artıq Qərb İranda hansısa dəyişikliklərin baş verməsinə start verib. Çünki İŞİD-in özü elə İranla həmsərhəd Əfqanıstanda, Pakistanda, İraqda, eyni zamanda, Orta Asiya ölkələrində də az-çox mövqe tutub. Bu bəzi ölkələrdə prosesləri idarə etmək məqsədi daşıyır.
İndi qalır bunu İranda Qərbin, yaxud da terror aktını törədən digər qrupların hansı səbəblə bunu etməsini araşdırmaq. Belə anlaşılır ki, ABŞ-ın idarə etdiyi bu qüvvələr İranı parçalamaq üçün deməzdim, öz yolunu açması üçün bu aktları həyata keçirir”.
Siyasi şərhçinin sözlərinə görə, ümumiyyətlə, ABŞ həmişə ölkələr daxilində özünün proksi qruplarını həmişə diri saxlayır:
“Türkiyə misalında da bu məlumdur. ABŞ İranın hakimiyyətdə də müəyyən mesajlar verməyə, onun Rusiya və Ermənistanla əlaqəli münasibətlərində hansısa düzəlişlər etməyə çalışır. Bu, birbaşa İranda rejimin tamamilə dəyişdirilməsinə hesablanmayıb. İran rejimi nə qədər ABŞ-la düşmən görünsə də, müəyyən faktlar göstərir ki, onlar pərdərarxasında əlbir işləyir. Ona görə də bu kimi aktların davamlı ola biləcəyini ehtimal etmək mümkündür. Amma nəticələr verə biləcəyini bir az gözləmək daha yaxşı olar”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız