ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) özünü İslam Dövləti (İŞİD) adlandıran qruplaşmanı məğub etdiyini bəyan edib.
“Yeni Sabah” xəbər verir ki, SDQ döyüşçüləri İŞİD-in son nöqtəsi olan Bağuz kəndinə öz bayrağını adıb. Amma qruplaşmanın bütün ərazidini itirməsinə baxmayaraq hələ də təhlükənin ola biləcəyi qeyd edilir. Çünki Niger, Yəmən, Əfqanıstan və Filippin kimi digər ölkələrdə qruplaşmaya bağlılığı olan qruplar mövcudluğu bu narahatlğa əsas verir.
Bağuza qarşı hücumlar martın əvvəlində başlayıb və bu gün qələbə ilə başa çatıb. Dördpendirli pizza
Bir çox terrorçu bu müddətdə Bağuzu tərk edib, qalanlar isə döyüşərək avtomobil və intihar bombalarından istifadə ediblər.Döyüşdən sonra SDQ-nin media ofisinin başçısı Mustafa Bali Twitter-də İŞİD ərazilərinin 100 faizini ələ keçirdiyini bəyan edib. “Bu xüsusi gündə səylərilə bu qələbəni əldə etməyimizə imkan yaradan minlərlə şəhidi xatırlayırıq”.
Telegram kanalımız