“İşıq gələn yerə barmaq tıxamaq lazım deyil ki, millət acından ölsün“ - Taksi sürücüləri etiraz etdi

saytların hazırlanması

Evə çatdırılma

“İşıq gələn yerə barmaq tıxamaq lazım deyil ki, millət acından ölsün“ - Taksi sürücüləri etiraz etdi

Avto

12 Mart 2019 21:01 1424


Sumqayıtda taksi sürücüləri etiraz ediblər.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə yayılan videoda taksi sürücüləri işsizliyə görə etirazlarını bildiriblər. Sürücülərdən biri ali təhsilli olduğunu, taksi sürücülərinə yuxarıdan aşağı baxıldığını vurğulayıb:

“Ali təhsilli adamam. 2001-ci ildə “Təfəkkür” liseyini, 2005-ci ildə isə Texniki Universiteti bitirmişəm. Dəfələrlə dövlət səviyyəli olimpiadalarda iştirak etmişəm. Söz veriblər, bağ belə, bostan belə, hər şey yaxşı olacaq. Heç bir xeyri də yoxdur. Savadım var, 5 dil bilirəm, amma bu gün taksi sürücüsü işləyirəm. İnsaf da dinin yarısıdır. Sürücülərə  yuxarıdan aşağı baxırlar. Triqonometriyadan sual versəm, sudurğa keçirəcək, amma mənlə elə danışır ki. İnsan çəkisinə görə danışmalıdır. Bir az münasib etmək lazımdır ki, hamı dolansın. İşıq gələn yerə barmaq tıxamaq lazım deyil ki, millət acından ölsün. Bu, düzgün deyil, vətəndaşı qorumaq lazımdır”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!