Paytaxtda nəqliyyatın ən sıx hərəkət etdiyi yollardan olan Babək prospektində piyadaların hərəkətini təmin etmək üçün işıqfor quraşdırılıb. Lakin işıqforun yanında nə piyada zolağı, nə də piyada keçidi nişanı qoyulub.
"Yeni Sabah" "Xəzər TV"yə istinadən bildirir ki, nizamlanan piyada keçidi olsa da zolaq yoxdur.
Bu isə ən çox piyadaları çətinə salır. Babək prospektində yüzlərlə piyada konkret işıqforun hansı tərəfindən keçəcəyini bilmirlər. pizza sifarişi
Həmin keçiddən istifadə edənlər bildirir ki, ərazi vaxtilə prospektin geridönüş nöqtəsi kimi istifadə edilib. Yol yenidən çəkilərkən həmin geridönüş yeri ləğv edilib. İşıqfor sadəcə piyadalar üçün qoyulub. Lakin piyada xətti çəkmək və piyada keçidi nişanı qoymaq yaddan çıxıb.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sözügedən hissədə vəziyyət yerində araşdırılacaq. Babək prospektinin nəinki həmin hissəsində, bütün prospekt boyu piyadaların yol hərəkəti təhlükəsizliyi yenidən təşkil ediləcək və həmin hissəyə də piyada zolağı çəkiləcək.
Telegram kanalımız