İslam dinini belə təhqir etdilər – Video

saytların hazırlanması

Evə çatdırılma

İslam dinini belə təhqir etdilər – Video

Din

02 Mart 2019 21:33 1503


Belçikada Katolik məktəbində keçirilən tədbir ölkədə narazılığa səbəb olub.

Bir qrup tələbənin Ərəb dünyasının milli geyimini geyinərək namazı təhqir etməsi. “partlayıcı kəmər” taxmaları və “Allahu əkbər” deyə qışqırmaları böyük diqqət çəkib.

Hadisə ölkənin Flaman bölgəsində yerləşən Paters Jozefieten de Melle katolik kilsəsində baş verib. pizza sifarişi

Məktəbin tətilə çıxmasına 100 gün qalmış hər il olduğu kimi tədbir keçirilib. Bu dəfə tədbirdə Ərəb dünyasının mədəniyyəti seçilib. Ancaq tələbələr nümayişləri ilə irqçi münasibətlərini ortaya qoyublar. Ərəb dünyasının milli geyiminə uyğun paltarlar geyinib, İslamı təhqir edən tələbələr “Allahu əkbər” deyərək qışqırıb. Görüntüləri sosial şəbəkədə paylaşılan həmin tədbirdə bəzi tələbələrin “partlayıcı kəmər” taxdığı diqqət çəkib.

Sosial şəbəkədə ciddi tənqidlərdən sonra açıqlama verən məktəb müdiri Jan de Dent tədbirin əyləncə məqsədilə təşkil edildiyini, heç kimi incitmək niyyətlərinin olmadığını deyib.

Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!