İslam dünyasına ən böyük zərbəni İran vurur - Vitse-spiker

saytların hazırlanması

Evə çatdırılma

İslam dünyasına ən böyük zərbəni İran vurur - Vitse-spiker

Siyasət

07 Aprel 2023 11:40 556


Azərbaycanın İsraildə səfirliyinin açılması İranı niyə bu qədər narahat edir? Bu nə hiddətdir ki, parlament səviyyəsində Azərbaycana qarşı bəyanat hazırlanır. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin müavini Fəzail İbrahimli bildirib. 

“Sənin Ermənistanla münasibətlərin necədir? Səfirliklərin, konsulluqların açılması İslam dünyasına zidd deyilmi? İran böyük İslamdır, qalanları kiçik İslam? Bəlkə, onlar düşünürlər ki, bu bəyanat Azərbaycan parlamentində fikir ayrılığına səbəb ola bilər. Unudun, bu fikirləri, buyurun, bu da Azərbaycan parlamentinin cavabıdır. Bu bəyanat böyük riyakarlıqdır. İslam dünyasına ən böyük zərbəni vuran elə İranının özüdür”, - deyə F.İbrahimli vurğulayıb.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!