“İslam dünyasını İsraildən çox İran tapdalayır” - Sabir Rüstəmxanlı

saytların hazırlanması

Evə çatdırılma

“İslam dünyasını İsraildən çox İran tapdalayır” - Sabir Rüstəmxanlı

Siyasət

06 Aprel 2023 11:40 2270


İranın İslam Şurasının ictimaiyyətə açıq iclasında Azərbaycan Respublikasının İsraildə səfirliyinin açılması ilə bağlı bəyanat qəbul olunub. 

“Yeni Sabah” xəbər verir ki, parlamentin 210 üzvünün qəbul etdiyi bəyanatda cənub qonşumuz yenə də öz ritorikasına sadiq alıb.

Bəyanat müəllifləri iddia ediblər ki, guya Azərbaycan inanılmaz bir rəftarla və İslam dünyasının mənafeyinə zidd hərəkət edərək Qüdsü işğal edən sionist rejimin mərkəzində səfirlik açıb və öz səfirini saxta rejimə təqdim edib. pizza

Hətta parlament deputatları Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) şikayət edəcəkləri ilə bağlı da fikir mübadiləsi aparıblar. Halbuki 30 ilə yaxın torpaqlarımız işğal altında qalanda, məscidlərimizdə donuz saxlanılanda nədənsə cənub qonşumuz bunu sakitliklə qarşılamışdı.

İranın bu bəyanatına münasibət bildirən Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Yenisabah.az-a açıqlamasında söyləyib ki, Azərbaycan İsraildə səfirlik açmağa gecikib, əksinə, 30 il əvvəl açmalı idi: 

“İranın nə haqqı var ki, Azərbaycan harada səfirlik açır, harada konsulluq yaradır barəsində fikir yürütsün? Qonşuluq münasibətləri qalmalıdır. Bəs İranın bizə düşmən olan Ermənistanda səfirlik açması, onunla əməkdaşlıq etməsi nə deməkdir? Belə çıxır ki, onda İran Ermənistanla bütün münasibətlərini kəsməli idi”. 

VHP sədri iddia edib ki, İran Ermənistana qoşulub Azərbaycanın işğal olunmuş torpaqlarının dağıdılmasında, habelə iqtisadiyyatımıza zərbə vurulmasında çalışıb, eyni zamanda bizim hansısa bir ölkə ilə olan əməkdaşlığımıza öz maraqları baxımından baxır:

“Bəlkə də İsraillə İranın gizli əməkdaşlıqları da var? Bizim xəbərimiz yoxdur deyə, bu barədə deyə bilmərəm. Hər halda İranla İsrail tarix boyu bir çox məqamda bir-birilə yaxın olub, əməkdaşlıq ediblər”.

“Bizim dövlət olaraq haqqımızdır ki, İsraildə səfirlik açaq. Bu, qətiyyən İranı narahat etməməlidir. İkincisi isə İslam Əməkdaşlıq Təşkilatına üzv olan İslam ölkələrinin bir çoxunun İsraillə əlaqələri var. Bu da heç nəyi dəyişmir. Əslində, o qurumda İrana qarşı narazılıqlar var. Çünki İsraildən çox İslam dünyasını İran tapdalamaq istəyir”, – partiya sədri qeyd edib.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!