İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşdi

İdman

04 Noyabr 2025 18:51 257


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, noyabrın 18-dən 21-dək xalça üzərinə 18 təmsilçimiz çıxacaq.

Sərbəst güləşdə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) çıxış edəcəklər. pizza sifarişi

Yunan-Roma güləşində baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyev Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (77 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelakiyə (130 kq) güvənəcək.

Qadın güləşində isə baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Zəhra Kərimzadə (76 kq) iştirakçılar sırasında yer alacaqlar.

Qeyd edək ki, yarışda yalnız olimpiya çəkiləri üzrə mübarizə baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!