İslam Maxaçev yarımorta çəkidə yeni UFC çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

İslam Maxaçev yarımorta çəkidə yeni UFC çempionu oldu

İdman

16 Noyabr 2025 12:15 915


Noyabrın 16-na keçən gecə Nyu-York şəhərində UFC 322 turniri keçirilib.

"Yeni Sabah" xəbər verir ki, gecənin əsas qarşılaşmasında yüngül çəki dərəcəsində keçmiş UFC çempionu İslam Maxaçev (Rusiya) və yarımorta çəki dərəcəsində çempion Cek Della Maddalena (Avstraliya) üz-üzə gəliblər.

Döyüş beş raund davam edib və hakimlərin yekdil qərarı ilə (50-45, 50-45, 50-45) Maxaçevin qələbəsi ilə nəticələnib. pizza sifarişi

O, yarımorta çəki dərəcəsində yeni UFC çempionu adını qazanıb. Bu, Maxaçev üçün ardıcıl 16-cı qələbədir. Bununla da dağıstanlı döyüşçü braziliyalı Anderson Silvanın qələbə seriyası rekordunu təkrarlayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!