“İslandiya gəzə-gəzə bizə 5 qol vura bilməyəcək”

saytların hazırlanması

Evə çatdırılma

“İslandiya gəzə-gəzə bizə 5 qol vura bilməyəcək”

İdman

12 Noyabr 2025 14:33 657


“Son oyunlar göstərdi ki, millimizdə əzmkarlıq, ruh yaranıb. Buna görə də deyə bilərik ki, İslandiya son görüşdəki (0:5) kimi gəzə-gəzə 5 dənə qol vura bilməyəcək”.

"Yeni Sabah" qol.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov deyib.

O, DÇ-2026-nın seçmə mərhələsində sabah İslandiya ilə keçiriləcək oyunu haqda danışıb:  pizza hut

“Əvvəllər kim gəlirdi, rahat 4-5 dənə top vurub gedirdi. Sanki belə də olmalıdır. Amma indi inanmıram ki, kimsə bizimlə rahat oynasın. Milidə çox dəyişiklik var. Taktiki, texniki tərəflərindən danışmıram, oyunlarda görürük. İnanıram ki, Ayxan Abbasov millini, ölkəmizi düşünən, himni oxuyan bir komanda formalaşdıracaq. Bizə belə bir komanda lazımdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!