İşləyən əhali üçün daha bir TƏHLÜKƏ

saytların hazırlanması

Evə çatdırılma

İşləyən əhali üçün daha bir TƏHLÜKƏ

Dünya

31 Dekabr 2023 22:41 939


Çindən olan tədqiqatçılar qlobal istiləşmənin işləyən əhalinin sağlamlığı üçün təhlükəsini aşkar ediblər. 

“Cebhe.info” xəbər verir ki,“Science Bulletin” jurnalında dərc olunan elmi işlərinin nəticələri Çində anormal isti dalğalarının işçi qüvvəsində əhəmiyyətli itkilərə səbəb olacağını deməyə əsas verir.

Bildirilir ki, davam edən karbon qazı emissiyası və istilərlə bağlı gələcək istiləşmə səbəbindən Çinin cənub, şərq və mərkəzi əyalətləri daha çox təsirlənəcək. Alimlərin fikrincə, bu, əsasən yüksək temperaturun təsiri, daha çox əhali və əhalinin həssas qruplarının daha da yüksək nisbəti ilə bağlıdır. Marqarita pizza

Bundan əlavə, qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması əhəmiyyətli fayda gətirəcək. Daha pessimist ssenarilərlə müqayisədə, bütün əyalətlər ildə orta hesabla 11,8%, 33,7% və 53,9% iş saatlarının itirilməsinin qarşısını ala bilirlər. Bu, Çinin illik ÜDM-nin 0,1%-i, 0,6%-i və 1,4%-i itkisi deməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!