İsmayıllıda avtomobil AŞDI: Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda avtomobil AŞDI: Yaralılar var

Hadisə

17 Avqust 2025 22:49 523


İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, qəza axşam saatlarında Qaraməryəm-İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə, avtomobil yoldan çıxaraq aşıb. Marqarita pizza

Qəza zamanı Göyçay rayon sakinləri - 28 yaşlı F.Əsədov və 54 yaşlı Ş.Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hadisənin səbəbləri və digər təfərrüat araşdırılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!