İsmayıllıda avtomobil körpüdən aşaraq yandı, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda avtomobil körpüdən aşaraq yandı, xəsarət alanlar var

Hadisə

10 Avqust 2025 23:58 662


İsmayıllıda avtomobil körpüdən aşaraq yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir, hadisə Göyçay çayının rayonun Qalacıq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsi körpüdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil körpüdən aşıb və yanmağa başlayıb. pizza sifarişi

Hadisə zamanı avtomobildə olan 3 nəfər - Bakı şəhər sakinləri; Səmra Həsənli, Gülsüm Həsənova və Rüfət Həsənov xəsarətlər alıb. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Yaralılar avtomobildən çıxarılaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!