İsmayıllıda malakanlar ordumuza dəstək yürüşü keçirdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllıda malakanlar ordumuza dəstək yürüşü keçirdi - Fotolar

Xalqın səsi

14 Oktyabr 2020 21:15 1335


İsmayıllı rayonunun İvanovka qəsəbəsində yaşayan malakanlar bir yerə toplaşaraq Qarabağın erməni işğalından azad olunması uğrunda cəbhədə döyüşən əsgərlərimizə dəstək nümayiş etdirib, daim onların yanında olduqlarını bildiriblər. 

Yenisabah.az xəbər verir ki, toplantı zamanı malakanlar əsgərlərlə birgə döyüşlərə qatılmaq istədiklərini deyiblər. 

Bildirilib ki, hazırda İvanovkadan bir neçə gənc könüllü olaraq Qarabağ uğrunda döyüşlərdə iştirak edir. Bu da qəsəbə sakinlərini daha da ruhlandırır.  pizza mizza

Toplantıda malakanlar Azәrbaycan Ordusu üçün dualar edib, Tanrıdan kömәk dilәyib, kəndin ağsaqqalları ayinlər oxuyublar. Vətәnpәrvәrlik nümayiş etdirən gənclәr isә İvanovkanın küçәlәrindә yürüş təşkil edәrәk orduya dəstək şüarları sәslәndiriblәr.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!