İsmayıllı rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına 30 nəfər müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 26 nəfərin vəziyyəti yüngül olduğundan evə buraxılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səhər saat 9:30-a olan məlumata əsasən, xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər müalicəsini davam etdirir. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir: Dördpendirli pizza
"Qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, İsmayıllının Qəzili kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər".
Xatırladaq ki, avqustun 27-də axşam saatlarında İsmayıllı rayonunun Qəzili kəndində kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində keçirilən kiçik toy məclisində zəhərlənmə olub. Ziyafət iştirakçılarından bir qisminin səhhəti pisləşib və onlar xəstəxanaya müraciət ediblər
Telegram kanalımız