İspaniyanın 27 diplomatı Moskvadan qovulur

saytların hazırlanması

Evə çatdırılma

İspaniyanın 27 diplomatı Moskvadan qovulur

Dünya

18 May 2022 16:17 808


Fransa və İtaliya diplomatlarının qovulmasından sonra Moskva İspaniya səfirliyinin 27 əməkdaşını persona non-qrata elan edib.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

İspaniya səfiri Markos Qomez Martinezi bu gün XİN-ə çağırılıb və ona etiraz bildirilib. Çünki Madrid Rusiyanın İspaniyadakı xarici nümayəndəliklərinin 27 əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib. pizza

"Cavab olaraq, İspaniyanın Moskvadakı səfirliyinin və İspaniyanın Sankt-Peterburqdakı baş konsulluğunun 27 əməkdaşı persona non-qrata elan edilib. Onlar müvafiq notanın səfirə təqdim edildiyi andan 7 gün ərzində ölkəni tərk etməlidirlər", - deyə məlumatda qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!