İsrail 13 gəmini ələ keçirib, 25 türk fəal saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

İsrail 13 gəmini ələ keçirib, 25 türk fəal saxlanılıb

Hadisə

02 Oktyabr 2025 07:56 486


İsrail hərbçiləri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 13 gəmisini ələ keçirib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə beynəlxalq missiyanın informasiya komitəsi məlumat yayıb. Məlumata görə İsrail hərbçiləri gəmilərə qarşı güc tətbiq edir, qəsdən toqquşmalar aparır, su şırnaqlarından istifadə edir və saxlanılan fəallarla pis rəftar edir. Qeyd edək ki, daha əvvəl dörd gəminin tutulduğu və 70 fəalın saxlandığı bildirilirdi.

Donanmanın Türkiyə nümayəndəliyi də İsrailin gəmilərə hücumu ilə bağlı yazılı açıqlama verib. Toyuqlu pizza

Açıqlamada, ümumilikdə 15 gəminin ələ keçirildiyi, saxlanılan türk fəalların sayının isə 25-ə çatdığı bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!