YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
İsrail antiterror əməliyyatı keçirir

İsrail antiterror əməliyyatı keçirir

Xalqın səsi

27 Aprel 2022 10:14 8266


İsrail Müdafiə Qüvvələri aprelin 27-də Fələstinin Cenin şəhərində, İordan çayının qərb sahilində antiterror əməliyyatı keçirir. 

Yenisabah.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Son bir neçə saat ərzində İsrail əsgərləri Cenin şəhərində antiterror əməliyyatları həyata keçirir”, - deyə məlumatda bildirilir. 

İsrail qüvvələri mart və aprel aylarında İsraildə 14 nəfərin ölümü ilə nəticələnən silsilə terror aktlarına cavab olaraq aprelin 10-dan İordan çayının qərb sahilində genişmiqyaslı antiterror əməliyyatı keçirir.

Ordunun mətbuat xidməti təxliyələr zamanı İsrail qüvvələri ilə fələstinlilər arasında çoxsaylı atışmaların olduğunu bildirib. İordan çayının qərb sahilində onlarla terror fəaliyyətində şübhəli bilinən şəxslər həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!