“İsrail və İran səfirlərinin mübahisəsi İsrail və İran düşmənçiliyinin nəticəsindən doğan xırda məsələdir”
Bunu “Yeni Sabah”a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O, qeyd edib ki, İsrail və İran səfirlərinin Təbriz uğrunda qarşılıqlı “atışması”nın heç bir nəticəsi olmayacaq:
“Sadəcə məlumdur ki, İran ilə İsrail arasında münasibətlər çox gərgindir, öz aralarında düşmən münasibətləri var. İran iddia edir ki, İsrail qərb dövlətlərinin köməyi ilə Fələstin xalqının torpağını zəbt edib, əhalini öz torpağından qovması nəticəsində milyonlarla qaçqın didərgin düşüb. İsrail dövləti işğalçı dövlətdir və bütün beynəlxalq qanunları pozur. İranın rəsmi mövqeyi budur. Marqarita pizza
İsrail isə deyir ki, əcəb eləmişik, nəyi bacarırsansa elə... Mənim arxamda Amerika və dünyanın əksər ölkələri durur. Bu isə İsrailin günahıdır.
Sırf buna görə onlar arasında atışma gedir. Bu söz davası İran və İsrailin bir-birlərinin dövlət ərazisinə şəkk etməklərindən doğan nəticədir. Bu sadəcə söz müstəvisində atışmadır. Buna fikir vermək lazım deyil. Bu söhbətlərin Azərbaycana aidiyyatı yoxdur”.
Z. Əlizadə hesab edir ki, İsrail səfiri Azərbaycan ərazisi üçün deyil, İranla olan düşmənçiliyinə görə vaxtaşırı Azərbaycanı müdafiə edən yazılar paylaşır.
Nurlan Cəfəri
Telegram kanalımız