İsrail girovlarla bağlı təklifi rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail girovlarla bağlı təklifi rədd etdi

Dünya

02 Yanvar 2024 09:08 969


İsrail Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı Qətər və Misir vasitəçiləri ilə HƏMAS-la yeni razılaşmanı rədd edib.

Yenisabah.az Axios-a istinadla xəbər verir ki, bu barədə İsrail rəsmi mənbələri danışıb.

Mənbələrdən biri deyib: "HƏMAS-dan ötən Bazar günü aldığımız təklif tamamilə əsassız idi  Biz vasitəçilərdən daha məqbul bir təklif irəli sürməyə çalışmalarını xahiş etdik. Onlar bunun üzərində işləyirlər və görək nə baş verəcək". Marqarita pizza

Bununla belə, mənbə etiraf edib ki, vəziyyət “danışıqların başlamazdan əvvəlki mərhələdədir, onlar dalana dirənməyib, həm də hələlik ciddi irəliləyiş əldə etməyiblər”.

İsrail nümayəndələri girovlarla bağlı danışıqlara hazır olduğunu qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!