İsrail İranda 10 dəmir yolu obyektinə hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail İranda 10 dəmir yolu obyektinə hücum etdi

Dünya

07 Aprel 2026 18:39 457


İsrail Hərbi Hava Qüvvələri bu gün İrandakı dəmir yolu şəbəkəsinin təxminən 10 əsas hissəsinə və körpülərə zərbələr endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşrinə bir mənbə məlumat yayıb.

Nəşrin məlumatına görə, hücumlar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) silah daşımasının qarşısını almaqla bağlı səylərinin bir hissəsi olub. pizza hut

Zərbələrdən qısa müddət əvvəl İsrail Müdafiə Ordusu İran sakinlərinə axşama qədər dəmir yolu nəqliyyatından istifadə etməkdən çəkinmələri barədə xəbərdarlıq edib.

Mənbə qeyd edib ki, SEPAH silah və hərbi yüklərin daşınması üçün dəmir yolu və avtomobil körpülərindən istifadə edib. İsrail daha əvvəl İranın infrastruktur obyektlərinə iqtisadi zərər vurmaq məqsədilə zərbələr endirməyə hazır olduğunu bəyan etmişdi./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!