İsrail İranı Bakıdakı səfiri hədələməkdə ittiham edir

saytların hazırlanması

Evə çatdırılma

İsrail İranı Bakıdakı səfiri hədələməkdə ittiham edir

Siyasət

22 İyul 2022 19:43 1056


İsrail Xarici İşlər Nazirliyi İranın Bakıdakı səfiri Abbas Musəvini Təbrizlə bağlı yazılarına görə İsrail səfiri Corc Diki hədələməkdə ittiham edib.

Yensiabah.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Coşua Zarka sosial şəbəkədəki mesajında Dikin Təbrizlə bağlı kitab haqqında yazdığı yazıdan sərt sitat gətirən iranlı diplomat Musəviyə reaksiya verib.

Zarka deyib: "İran İsveç vətəndaşlarını qaçırmaqla hədələyir, çünki terrorçu İsveçdə həbsdədir. İranın Bakıdakı səfiri bizim səfirimizi kitab oxuduğu üçün hədələyir. Bu rejim öz ölkəsini, öz xalqını, o cümlədən Təbrizdəkiləri zəbt edib. O, hamı ilə münaqişəyə başlayır”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!