İsrail İranın ən böyük neft-kimya komplekslərindən birinə zərbə endirdiyini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

İsrail İranın ən böyük neft-kimya komplekslərindən birinə zərbə endirdiyini təsdiqlədi

Dünya

06 Aprel 2026 22:32 397


İsrailin Müdafiə Ordusu İranın raketlər üçün materiallar istehsal edən ən böyük neft-kimya müəssisəsinə zərbə endirildiyini təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Times of Israel" ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Əsəluyədəki obyektdə partlayıcı maddələrin və ballistik raketlər üçün yanacağın, eləcə də əlavə silahların hazırlanmasında istifadə olunan materiallar üçün mərkəzi istehsal infrastrukturu yaradılmışdı", - bəyanatda bildirilib. Dördpendirli pizza

Ordunun məlumatına görə, bu obyekt İranın raket sənayesi üçün ən vacib komponentlərin istehsalı üzrə mühüm mərkəz kimi xidmət edir.

"İsrail Müdafiə Ordusu İranın iki ən böyük neft-kimya kompleksinə zərbələr endirərək ölkənin neft-kimya ixrac gücünün 85 %-dən çoxunu sıradan çıxarıb", - İsrail hərbçiləri bildirib.

Ötən həftəsonu İsrail İranın cənubundakı daha bir böyük neft-kimya obyektinə zərbə endirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!