İsrail Livana qarşı müharibəyə hazırlaşır 

saytların hazırlanması

Evə çatdırılma

İsrail Livana qarşı müharibəyə hazırlaşır 

Dünya

07 Yanvar 2024 17:54 564


İsrail Livana qarşı müharibəyə hazırlaşır. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yüksək rütbəli İsrail rəsmiləri deyiblər.

Bildirilib ki, artıq diqqəti Qəzzadan Livana keçirməyin vaxtıdır. Pepperoni pizza

Rəsmilərin sözlərinə görə, İsrail ordusu müdafiədən hücuma keçməlidir.

Onların fikrincə, diplomatiya işə yaramır, Hizbullah qruplaşması təzyiqi hiss etməlidir: “İsrail öz qüvvələrini Livan cəbhəsində fəaliyyətə hazırlamalı və Hizbullaha qarşı müharibə üçün əməliyyat planlarını irəli sürməlidir”.

Məlumata görə, bu həftə mühüm görüşlər keçirilib və bəzi planlar artıq təsdiqlənib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl Hizbullaha xəbərdarlıq etmişdi.

Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!