İsrail Minifutbol Federasiyasının nümayəndəsi: “Çox gözəl təşkil olunub”

saytların hazırlanması

Evə çatdırılma

İsrail Minifutbol Federasiyasının nümayəndəsi: “Çox gözəl təşkil olunub”

Minifutbol 2025

23 May 2025 16:23 353


"Bakıdakı dünya çempionatı çox gözəl təşkil olunub".

Yenisabah.az xəbər verir ki, bunu "Report"a açıqlamasında İsrail Minifutbol Federasiyasının nümayəndəsi Qay Vaynerman deyib.

O, Bakıda keçirilən dünya çempionatının açılış mərasimini çox bəyəndiyini söyləyib: Pepperoni pizza

"Açılış həqiqətən əla alındı. Burada gördüklərimiz bizi sözün ən yaxşı mənasında təəccübləndirdi. Həmin vaxt olan atmosferi sözlə ifadə edə bilmirəm. Milli Gimnastika Arenası çox gözəldir. Daha əvvəl İsrail yığması ilə 4 dəfə beynəlxalq turnirlərdə iştirak etmişəm. Həmin yarışlar da gözəl təşkil olunmuşdu. Lakin Azərbaycan daha fərqlidir".

Qay Vaynerman Serbiya yığmasına məğlub olduqları oyunu da şərh edib:

"Dünya çempionatındakı ən çətin rəqiblərdən biri ilə qarşılaşdıq. Əlimizdən gələni etsək də, nəticə ürəkaçan olmadı. Rəqibin heyəti güclü futbolçulardan təşkil olunub. Daha çox müdafiədən oyun qurmağa çalışırdıq. Əminliklə söyləyə bilərəm ki, bu bizim ən yaxşı çıxışımız deyil. Növbəti görüşlərdə daha yaxşı nəticələr qazanmağa çalışacağıq".

Qeyd edək ki, İsrail millisi H qrupundakı ilk matçında Serbiyaya 0:3 hesabı ilə uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!