Xəbər verdiyimiz kimi, İsrailin Xarici İşlər Nazirliyinin rəhbəri Eli Kohen Azərbaycana gəlib.
Bəs görəsdən, XİN rəhbərinin Azərbaycana səfərindən sonra Tehrandan növbəti təxribatçı addımlar gözləmək olarmı?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycanla İsrail arasın uzun illərdir dostluq münasibətləri davam edir. Pepperoni pizza
Onun sözlərinə görə, İsrail XİN rəhbərinin ölkəmizə səfərinin hansısa ölkəni qıcıqlandırıb-qıcıqlandırmamasının heç bir əhəmiyyəti yoxdur:
“İsraillə bizim aramızda çox yaxın əməkdaşlıq münasibətlərimiz var. 44 günlük Vətən Müharibəsində də İsrail bizə dəstək verən bir ölkədir, biz bunu unutmuruq. Savaşdan əvvəl və sonra hansı ölkə bizə dəstək versəydi, yenə də ona eyni səmimiyyəti göstərəcəkdik.
Ona görə də bu səfərin hansısa ölkəni qıcıqlandırmasının bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bizim üçün əsas olan Azərbaycanın strateji maraqlarıdır.
Kim bizimlə müttəfiq, dost olmaq istəyirsə, ona ən səmimi dostluğumuzu ortaya qoyuruq, kim düşmən olmaq istəyirsə, ona da sərt mövqeyimizi göstərəcəyik.
Ona görə bu məsələdə kiminsə iradəsinin nəzərə alınması bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan öz maraqlarına görə İsraillə münasibətlərini bundan sonra da daha ciddi səviyyədə davam etdirəcək”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız