İsrail ordusunun daha 3 hərbçisi Qəzzada öldü 

saytların hazırlanması

Evə çatdırılma

İsrail ordusunun daha 3 hərbçisi Qəzzada öldü 

Dünya

21 Dekabr 2023 09:56 578


İsrail ordusunun daha 3 hərbçisi ötən gün Qəzzada həlak olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, dünən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi yerüstü hərbi əməliyyatlar zamanı 2 nəfər leytenant (21 yaşlı Omri Şvartz, 20 yaşlı Yakov Elian) və 1 nəfər çavuş (19 yaşlı Lavi Qhasi) həlak olub. Ölən hərbçilərin ailələri məlumatlandırılıb.  pizza mizza

Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 76-cı gündür ki, davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!