İsrail Prezidenti Azərbaycana gəlir  

saytların hazırlanması

Evə çatdırılma

İsrail Prezidenti Azərbaycana gəlir  

Siyasət

27 Mart 2023 13:29 777


Xəbər verdiyimiz kimi, martın 27-də Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsxak Herzoqa təqdim edib. 

Modern.az xəbər verir ki, İsrailin "Jerusalem Post" qəzeti bununla bağlı məqalə dərc edib. 

Qəzet bildirib ki, səfirin etimadnaməsini təqdim etməsi 15 gün gecikib. Muxtar Məmmədov etimadnaməsini daha tez təqdim etməli idi, ancaq İsraildə məhkəmə islahatına qarşı etirazlar səbəbindən proses gecikib. Sezar pizza

Məqalədə qeyd olunub ki, Muxtar Məmmədov təkcə ölkəsinin İsraildəki ilk səfiri deyil, həm də əksəriyyəti şiə olan müsəlman ölkənin ilk səfiridir. 

"Diplomatın keçmiş vəzifəsi təhsil nazirinin müavini olub. Amma onun əsl ixtisası beynəlxalq münasibətlərdir, o, Bakı Dövlət Universiteti və Xəzər Universitetini bitirib. O, həmçinin Avropa Kollecində Avropaşünaslıq üzrə magistr dərəcəsinə malikdir. Ana dili ilə yanaşı ingilis və fransız dillərini də bilir", - qəzet yazıb. 

Hersoq Azərbaycanın zəngin və füsunkar tarixinin həvəskarı olduğunu və bu il nə vaxtsa Azərbaycana ziyarət etməyi planlaşdırdığını bildirib. Prezident Azərbaycana nə vaxt səfər edəcəyini açıqlamayıb. 

Məqalədə vurğulanıb ki, Azərbaycanın xarici işlər naziri Cayhun Bayramovun bu həftə İsrailə səfər edəcəyi və cümə axşamı Hersoqla görüşü gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!