İsrail səfiri Təbrizlə bağlı paylaşım edib

saytların hazırlanması

Evə çatdırılma

İsrail səfiri Təbrizlə bağlı paylaşım edib

Siyasət

20 İyul 2022 20:55 1254


İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə paylaşım edib.

"Report" xəbər verir ki, israilli diplomat tviterdə yazıb:

"Bu yaxınlarda mənə armağan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?" pizza mizza

Qeyd edək ki, "Təbrizin sehrli nağılları" dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!