İsrail Türkiyə mallarının idxalına qadağa qoydu

saytların hazırlanması

Evə çatdırılma

İsrail Türkiyə mallarının idxalına qadağa qoydu

Maraqlı

01 Noyabr 2023 13:46 727


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin radikal HƏMAS hərəkatını terror qruplaşması kimi tanımaqdan imtina etdikdən sonra bir çox İsrail supermarket şəbəkəsi Türkiyədən idxalı dayandırıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti yazıb. 

Qeyd olunur ki, İsrailin ən böyük supermarketlər şəbəkəsi "Shufersal", eləcə də onun rəqibləri "Rami Levy" və "Yohananoff" Türkiyə məhsullarından imtina edib. Onlar bu addımı güclü ictimai təzyiqə görə atıblar.  Marqarita pizza

Qeyd olunub ki, Türkiyə son illərdə İsrailin əsas ixracatçılarından birinə çevrilib. Ölkə 2022-ci ildə Çin, ABŞ, İsveçrə və Almaniyadan sonra beşinci yeri tutub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!