ABŞ–İran təmaslarının nəticəsiz bitməsi regionda gərginliyi yenidən artırıb. İsrail ordusu isə mümkün ssenarilərə qarşı artıq yüksək hazırlıq rejiminə keçib. Baş Qərargah rəisi Eyal Zamir bütün bölmələrə operativ vəziyyətdə olmağı tapşırıb.
"Yeni Sabah" xəbər verir ki, məlumata görə, hərbi strukturlar potensial boşluqları aradan qaldırır, sürətli reaksiya imkanlarını genişləndirir. Kəşfiyyat isə İran ərazisində mümkün hədəflərin siyahısını yeniləyir — əsas diqqət raket sistemləri və hərbi infrastruktura yönəlib.
Eyni zamanda, Hərbi Hava Qüvvələri uzaqmənzilli və dəqiq zərbə ssenarilərini test edir. Müdafiə xəttində isə hava hücumundan müdafiə gücləndirilir, mülki təhlükəsizlik tədbirləri də sərtləşdirilir. pizza hut
Qısa desək, rəsmi qərar verilsə, prosesin planlaşdırmadan real əməliyyata keçməsi üçün artıq hər şey hazır vəziyyətə gətirilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız