İsraildə daxili qarşıdurma güclənir: Müxalifət təşəbbüsü ələ alır

İsraildə daxili qarşıdurma güclənir: Müxalifət təşəbbüsü ələ alır


İsraildə 8 partiyadan ibarət koalisiya hökuməti Knessetdəki (parlament) üstünlüyünü itirdi.

Yenisabah.az "Times of Israel"ı istinadla xəbər verir ki, Baş nazir Naftali Bennetin rəhbərlik etdiyi "Yamina" Partiyasının deputatı İdit Silman partiyadan istefa verib.

Beləliklə də, 120 nəfərlik Knessetdə koalisiya hökumətinin deputatlarının sayı 60-a düşüb və üstünlüyü itirib.

Keçmiş Baş nazir, hal-hazırda isə ana müxalifət lideri olan Benyamin Netanyahu isə istefa verən deputata dəstək olduğunu bildirib.

Yaxın zamanlarda İsraildə Bennet-Netanyahu qarşıdurmasının alovlanması gözlənilir. Koalisiya hökumətinin parlamentdə kritik sayda deputata sahib olması, həmçinin koalisiya daxilində tamam fərqli ideologiyalara məxsus partiyaların olması onun uzunömürlü olmayacağı iddialarını daha da gücləndirir.

Qeyd edək ki, ötən ilin iyun ayında 8 partiya parlamentdə etimad səsverməsində qalib gələrək Netanyahunun 12 illik hakimiyyətinə son qoymuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!