İsrailin Bney Brak şəhərində terror hücumunu həyata keçirən şəxsin kimliyi məlum olub.
Yenisabah.az "Times of Israel"ə istinadla xəbər verir ki, həmin şəxs Samariyanın şimalındakı Yabed kəndindən olan 26 yaşlı fələstinli Dia Hamarşdır. O, yerli vaxtla saat 20:00 radələrində Bney Brakın Şnayim küçəsində "M16" avtomat silahından atəş açıb. Terrorçu orada üç mülki sakini öldürüb və Herzl küçəsində yola davam edərək, daha bir neçə nəfəri güllələyib.
Cinayətkar zərərsizləşdirilib.
Telegram kanalımız