“İsrailin gələcəyi təhlükə altındadır” - Naftali Bennett

saytların hazırlanması

Evə çatdırılma

“İsrailin gələcəyi təhlükə altındadır” - Naftali Bennett

Dünya

21 May 2022 19:12 1068


"İsrailin gələcəyi təhlükə altındadır". 

Yenisabah.az xəbər verir  ki, bunu İsrailin Baş naziri Naftali Bennett "Twitter" hesabında bildirib.

"Xilasetmə hökumətinin formalaşdırılması məsuliyyətini öz üzərimə götürmək mənim üçün çətin seçim idi, lakin ölkənin gələcəyi təhlükə altındadır və biz xalqımızın birliyini qorumaq üçün mübarizə aparmalıyıq. Bizim başqa dövlətimiz yoxdur", - deyə Baş nazir vurğulayıb. Toyuqlu pizza

Mövcud hökumətin müxtəlif sahələrdə, o cümlədən COVID-19 pandemiyası, işsizlik və zorakılığa qarşı mübarizədə uğur qazandığını söyləyən Bennet hökumətin keçən il iqtisadiyyatı 8 faiz böyütdüyünü, ərəb cəmiyyətində qətllərin sayının 30 faiz azaldığını diqqətə çatdırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!