İsrailin İstanbuldakı konsulluğuna silahlı basqının detalları açıqlandı-   YENİLƏNDİ-VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İsrailin İstanbuldakı konsulluğuna silahlı basqının detalları açıqlandı- YENİLƏNDİ-VİDEO

Dünya

07 Aprel 2026 14:40 817


İsrailin Türkiyənin İstanbul şəhərində yerləşən konsulluğuna silahlı basqının detalları məlum olub.

“Yeni Sabah”ın xəbərinə görə, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, terrorçuların şəxsiyyəti müəyyənləşdirilib.

İki qardaş olan silahlıların biri narkotik cinayətindən mühakimə edildiyi bildirilib.  Dominos pizza

Nazir söyləyib ki, zərərsizləşdirilmiş şəxslər İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gəliblər. Araşdırmalara görə, onlardan birinin dini istismar edən təşkilatla əlaqəsi var.

İstanbul Valisi Davut Gül isə deyib ki, bu, təxribat əlamətləri daşıyan hərəkətdir. Onun sözlərinə görə, konsulluq 2 il yarımdır fəaliyyət göstərmir.

***

13:57

İsrailin Türkiyənin İstanbul şəhərində yerləşən konsulluğuna silahlı basqın olub.

“Yeni Sabah” xəbər verir ki, günorta saatlarında Leventdə yerləşən İsrail konsulluğunun yaxınlığında atəş səsləri eşidilib.

Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.

Məlumata görə, konsulluq qarşısında atışmada 3 nəfər zərərsizləşdirilib. Onlardan bir nəfər ölüb, bir nəfər isə yaralıdır. Yaralılardan birinin saxlanıldığı qeyd olunub.

Bir polis əməkdaşı yaralanıb.

Konsulluğun təxminən bir ildir bağlı olduğu deyilir.

Tükriyənin ədliyyə naziri Akın Gürlek sosial şəbəkə hesabında hadisə ilə bağlı açıqlama yayıb.

O bildirib ki, İstanbulun Beşiktaş rayonunda yerləşən İsrail Baş Konsulluğu ətrafında eşidilən silah səsləri ilə bağlı dərhal istintaq başladılıb.

Araşdırma çərçivəsində bir Baş prokuror müavini və iki prokuror işə cəlb olunub. Prokurorlar operativ şəkildə hadisə yerinə gedərək ilkin araşdırmalara başlayıblar.

Nazir bildirib ki, hadisənin ətraflə aydınlaşdırılması məqsədilə prokurorluğun koordinasiyası altında müvafiq hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar davam etdirilir və istintaq hərtərəfli, obyektiv şəkildə aparılır.

Rəsmi qurumlar ictimaiyyəti məlumatlandırmağa davam edəcəklərini vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!