İsrailin keçmiş xarici işlər naziri İlham Əliyevə məktub yazdı

saytların hazırlanması

Evə çatdırılma

İsrailin keçmiş xarici işlər naziri İlham Əliyevə məktub yazdı

Siyasət

12 May 2023 18:33 655


2006-2009-cu illərdə İsrailin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Tzipi Livni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident İlham Əliyev! Marqarita pizza

Ölkələr arasında münasibətlərin xarakterinin müəyyən olunmasında liderlərin rolu çox böyükdür. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi bu günlər onun irsini və Azərbaycandakı yəhudi icmasına töhfəsini, həmçinin Azərbaycan və İsrail arasında münasibətlərin əsasını qoyan ilk addımlarını xatırlamaq üçün gözəl fürsətdir.

Zati-aliləri, Siz bu gün atanızın yolunu və siyasi kursunu layiqincə davam etdirirsiniz. Biz bu yubiley ilini rəmzi olaraq İsraildə Azərbaycan səfirliyinin açılması ili kimi qeyd edirik.

Mərhum Prezident Heydər Əliyevin xatirəsinə və Zati-alinizin siyasətinə İsraildə böyük ehtiram bəslənilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!