“İsraillə Azərbaycan arasında ikitərəfli əlaqələr ən yüksək həddədir“

saytların hazırlanması

Evə çatdırılma

“İsraillə Azərbaycan arasında ikitərəfli əlaqələr ən yüksək həddədir“

Siyasət

01 Avqust 2023 15:21 641


Bu gün İsraillə Azərbaycan arasında ikitərəfli əlaqələr ən yüksək həddədir və tərəflər bu dostluq və əməkdaşlığı dərinləşdirməkdə və genişləndirməkdə tam qətiyyətlidirlər.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, bu barədə "JNS"ə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Bu nadir hallardandır ki, ikitərəfli əlaqələrdə problem görmürük. Gördükləriniz aysberqin üst hissəsidir. Əlaqələrimiz hərtərəfli və dinamik olmaqla daima genişlənməkdədir. Bizim müəyyən qırmızı cizgilərimiz var ki, onları heç vaxt tapdalamarıq: biz istədiyimizlə müttəfiq və dost olaraq qalacağıq", - deyə E. Əmirbəyov vurğulayıb. Dördpendirli pizza

O, yəhudi əhalinin daima Azərbaycanın bir hissəsi olduğunu qeyd edib.

"Yəhudi əhali ölkələrimizi birləşdirən və bu əlaqəni möhkəmləndirən "canlı körpülər"dir. Bizdə heç vaxt antisemitizm halları olmayıb ki, bu da təkcə müsəlman ölkələi üçün deyil, digər ölkələr üçün də nadir hadisədir", - o deyib.

O, İsrailin təkcə sözdə deyil, əməldə də Azərbaycanın dostu olduğunu əlavə edib.

"İstərdik ki, İsrail biznesi Azərbaycanda öz fəaliyyətini genişləndirsin", - deyə E.Əmirbəyov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!