İstanbulda Fələstinə dəstək mitinqi   - Video

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda Fələstinə dəstək mitinqi - Video

Maraqlı

18 Oktyabr 2023 12:01 314


Qəzzada xəstəxananın bombalanmasından sonra dünyanın əksər ölkələrində İsrail əleyhinə mitinqlər başlayıb. 

Yenisabah.az xəbər verir ki, İstanbulda da ötən gecə yüzlərlə insan küçələrə axışıb və İsrail əleyhinə çağırışlar edib.

Qeyd edək ki, İsrail Qəzza zolağında Əl-Mamedani xəstəxanasına hücum edib. Bombalı hücum nəticəsində ən azı 800 nəfərin həyatını itirdiyi açıqlanıb. Bildirilir ki, ölənlər arasında binaya sığınan yüzlərlə adamla yanaşı, xəstələr də var.  pizza hut

Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. 

İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!