İstanbuldakı kilsəyə hücuma görə 47 nəfər saxlanılıb - Nazir açıqladı 

saytların hazırlanması

Evə çatdırılma

İstanbuldakı kilsəyə hücuma görə 47 nəfər saxlanılıb - Nazir açıqladı 

Dünya

29 Yanvar 2024 09:49 434


Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb ki, İstanbuldakı Santa Mariya Kilsəsinə hücuma görə 47 nəfər saxlanılıb. 

Yenisabah.az TRT-yə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 30 müxtəlif ünvana eyni vaxtda basqın edilib. 

Bildirilib ki, cinayətdə şübhəli bilinən 2 nəfər də saxlanılıb, onlardan biri Rusiya, digəri isə Tacikistan əsillidir.  pizza hut

Nazir vurğulayıb ki, hər 2 şəxsin İŞİD terror təşkilatının üzvü olduğu dəyərləndirilir. 

Qeyd edək ki, dünən baş verən hadisə zamanı kilsədə ibadət edən 1 nəfər qətlə yetirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!