İstefa verən prezident xalqından üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

İstefa verən prezident xalqından üzr istədi

Dünya

04 Aprel 2019 02:03 763


Bir müddət əvvəl istefaa verən Əlcəzair prezidenti Əbdüləziz Buteflika xalqa müraciət edib.

Sabiq prezident həmvətənlərinə təşəkkür edib. “20 il ölkəyə rəhbərlik etdiyimə görə qürur duyuram. Mən adi insanam, səhv edə bilərəm. Yol verdiyim səhvlərə görə xalqdan üzr istəyiəm”, - Əbdüləziz Buteflika qeyd edib.

Daha sonra prezident deyib ki, siyasəti tərk edir, ancaq ölkənin gələcəyi üçün narahat deyil: Dördpendirli pizza

"Əminəm ki, yeni rəhbərliklə ölkədə islahatları davam etdirəcəksiniz və Əlcəzair daha da çiçəklənəcək".

Qeyd edək ki, Ə.Buteflika ölkədə davam edən etirazlar fonunda istefa verib. O, ötən gün Konstitusiya Şurasının prezidentini rəsmən dövlət başçısı səlahiyyətlərini dayandırdığı barədə məlumatlandırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!