“İstefanız ölkə mənafeyinə ziddir“ - Ruhani

saytların hazırlanması

Evə çatdırılma

“İstefanız ölkə mənafeyinə ziddir“ - Ruhani

Dünya

27 Fevral 2019 17:39 958


İran Prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib.

Bu barədə İran hökumətinin internet portalında məlumat verib.

H.Ruhani C.Zərifin istefası ilə əlaqədar məktubunu belə cavablandırıb: Marqarita pizza

“Cənab Zərif! 25 fevral tarixli istefa məktubunuzu aldım. Siz Xarici İşlər Nazirliyinin layiqli yerinin qorunması və İranın xarici siyasətində ən yüksək səviyyəli rəsmi olaraq mənim tərəfimdən təsdiqlənən şəxssiniz. Sizin durmadan göstərdiyiniz səyləri alqışlayır, sizin istefanızı ölkənin mənafeyinə zidd hesab edir və onu qəbul etmirəm.

Mən hökumət və hətta prezidentə qarşı təzyiqləri tamamilə dərk edirəm. Biz xalqla bağladığımız əhdə sonuna qədər sadiq qalacağıq və bu çətin mərhələdən çıxacağımıza inanıram”.

Trend 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!